DÜNYA
Pula görə əmisi oğlunu öldürən məşhur həkim özünü həbsxanada asdı (VİDEO)
Qaziantepdə borc məsələsinə görə mübahisə etdiyi əmisi oğlunu 6 ay əvvəl tapança ilə vuraraq öldürən həkim Bəkir Çelik saxlandığı həbsxanada intihar edib.
32gun.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanıldığl kamerada özünü asaraq öldürən B.Çeliyin meyiti morqa təhvil verilib.
Hadisə ilə bağlı geniş miqyaslı istintaq başladıldığı öyrənilib.
Bildirilir ki, 2022-ci il mayın 10-da Şehitkamil rayonunun İncilipınar məhəlləsində yerləşən Doktorlar Sitesində aralarında düşmənçilik olan iki əmioğlu mübahisə etməyə başlayıb. Dava zamanı mama həkimi Bəkir Çelik əmisi oğlu Alaattin Çeliki öldürüb.
Hadisədən sonra polis qrupları tərəfindən nəzarətə alınan qadın doğum həkimi Bəkir Çelik tutularaq həbsxanaya göndərilib.
Nilay