DÜNYA
4 ölkənin prezidentləri görüşəcək
Latviya, Litva, Polşa və Rumıniya prezidentləri təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün Kaunasda görüşəcəklər.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Litva prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Dördtərəfli görüşdə müdafiə siyasəti və Şimali Atlantika Alyansının şərq cinahının gücləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edək ki, sammit noyabrın 25-də baş tutacaq.
Nurlan Şiraliyev