DÜNYA
Peskov bu xəbəri TƏKZİB ETDİ
Kreml Kiyevlə sülh müqaviləsi layihəsinin Putinə verilməsi xəbərini təsdiqləməyib.
32gun.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Rusiya liderinin həqiqətən belə bir təklif alıb-almadığı sualına cavab olaraq, "Ukrayna ilə sülh sazişi layihəsinin G20 sammiti ərəfəsində vasitəçi ölkələrdən biri tərəfindən prezident Vladimir Putinə təhvil verilməsi ilə bağlı xəbərlər doğru deyil" - deyə, sözlərinə davam edib.
Nurlan Şiraliyev