HADİSƏ
Neft tankerindəki partlayışın səbəbi bu imiş (VİDEO +YENİLƏNİB)
Samsun şəhər rəhbərliyi hadisə ilə bağlı açıqlama verib.
Verilən açıqlamaya görə, gəmilərdən götürülən tullantı yağların saxlandığı Samsun Limanında yanacaq çənlərindən birində isinmə nəticəsində səhər saat 11.15 radələrində partlayış baş verib.
Yanğının qısa müddətdə xilasedicilər tərəfindən söndürüldüyünü qeyd edilib.
Xəsarət alan olmayıb.
*** 12:43
Samsun Limanı ərazisində yerləşən neft tankerində naməlum səbəbdən partlayış baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb.
Xəbərdarlıq üzərinə əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib. Yanğının səbəbləri araşdırılır.
Nurlan Şiraliyev