HADİSƏ
F5 təyyarəsi qəzaya uğradı - Pilot tullanaraq QURTULDU (FOTO)
"Türk Ulduzları" komandasına məxsus F5 təyyarəsi qəzaya uğrayıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə təyyarəyə quş çırpılmasıdan sonra baş verib. Nəticədə F5-in mühərriki dayanıb və qəza enişi edib.
Fırlanan oturacağdan istifadə edərək təyyarədən tullanan pilotun səhhətinin yaxşı olduğu açıqlanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi qəza ilə bağlı açıqlama verib. "Türk Ulduzlarına məxsus F-5 tipli təyyarəmizdən biri Konyada quşa çırpılması nəticəsində qəzaya uğrayıb" - deyə, qeyd olunub.
Nurlan Şiraliyev