Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, biri şəhid olub - YENİLƏNİB
Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan hərbçimizin kimliyi məlum olub.
32gun.az oxu.az-a istinadən xəbər verir ki, minaya düşərək şəhadətə ucalan hərbçimiz baş gizir Hümbətov Zöhrab Məmməd oğludur.
***
Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.
32gun.az xəbər verir ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
*** 19:38
Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.
32gun.az xəbər verir ki, 3 nəfər xəsarət alıb.
*** 19:11
Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Bu barədə 32gun.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.