HADİSƏ
Bakı-Quba yolunda dəhşət - 6 nəfər ÖLDÜ (FOTO)
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 32gun.az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.