HADİSƏ
İntihara cəhd edən şəxsi görün necə zərərsizləşdirdilər (ANBAAN VİDEO)
İstanbulda naməlum şəxs "15 İyul Şəhidlər Körpüsü"ndə intihara cəhd edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, körpüdə avtomobilini saxlayan şəxs, üzərinə beznin tökərək özünü yandırmaq istəyib.
Hadisə yerinə polis və yanğınsöndürən qrupları cəlb edilib. Polis intihara cəhd edən şəxsi razı salmağa çalışsa da, buna nail ola bilməyib. Hadisəyə yanğınsöndürən əməkdaşları müdaxilə edib. Belə ki, intihara cəh edən şəxsin üzərinə su çiləyərək onu zərərsizləşdiriblər.
Hadisə anbaan kameralar tərəfindən qeydə alınıb.
Nurlan Şiraliyev