DÜNYA

Sabiq ordu komandirinə 26 il həbs cəzası VERİLDİ - Dəhşətli əməllərinə görə (FOTO)

Haaqa məhkəməsi Kosovo Azadlıq Ordusunun keçmiş komandirini 26 il müddətinə azadlıqdan məhrum edib.

32gun.az xəbər verir ki, sabiq komandan Salih Mustafa hərbi cinayətlərdə (işgəncə, qanunsuz həbs və qətl) təqsirli bilinib.

Müvafiq qərarı hakim Mappi Veldt-Foqlia elan edib.

Onun sözlərinə görə, ittiham və müdafiə tərəfinin bütün arqumentlərini nəzərdən keçirən hakimlər belə qənaətə gəliblər ki, Mustafa üç maddə üzrə hərbi cinayətlərdə təqsirlidir: işgəncə, qanunsuz həbs və qətl. Dördüncü maddə üzrə (pis rəftar) o, bəraət qazanıb. Veldt-Foqlia təqsirləndirilən şəxsə istinad edərək, "Bunu nəzərə alaraq, kollegiya sizi həbsdə saxlandığınız vaxtı çıxmaqla 26 il həbs cəzasına məhkum edir" - deyə, bildirib.

Qeyd edək ki, Salih Mustafaya qarşı ittiham aktı 12 iyun 2020-ci ildə təsdiqlənib. 2020-ci ilin sentyabr ayının sonunda o, Kosovo və Metohiyada saxlanılaraq xüsusi təcridxanaya köçürülüb. Sabiq komandan 1999-cu ilin aprelində Kosovodakı Zlaş təcridxanasında hərbi cinayətlər törətməkdə ittiham olunub.

Nurlan Şiraliyev

Salih Mustafa më 16 dhjetor do të marrë vendimin e Gjykatës Speciale

Oxşar Xəbərlər