Qazaxıstanın Almatı şəhərində yaşayan bir kişiyə uzun illər enerji içkilərindən istifadə etməsi səbəbindən donor köməyi lazım olub.
32gun.az bildirir ki, bu barədə TengriNews məlumat verib.
Almatılı kişi bildirib ki, enerji içkilərini təxminən 30 yaşından etibarən içməyə başlayıb. O, “səhərdən axşama qədər” aşpaz işləyirmiş və çox vaxt növbədə tək qalırmış.
Yuxuya getməmək üçün o, beş il boyunca enerji içkilərinə əl atıb. Gündə 10-ə qədər banka içdiyi olub. Lakin içkilər artıq orqanizmi canlandırmırmış.
Kişi pnevmoniyaya yoluxduqdan sonra ürək ağrılarından əziyyət çəkib. Enerji içkilərinin həddindən artıq istifadəsi ürəyin böyüməsinə səbəb olduğundan transplantasiya zəruri olub.
Bir neçə ay sonra mütəxəssislər əməliyyatı həyata keçiriblər. Hazırda kişi işləmir, çünki bərpa üçün zamana ehtiyacı var.
“Reabilitasiyadan sonra üzgüçülüklə məşğul olmaq və işə qayıtmaq istəyirəm, amma artıq əvvəlki qədər yük altında olmadan, normal qrafik və istirahət günləri ilə”, – deyə o bildirib.
O həmçinin əlavə edib ki, “başqasının” ürəyini daşıdığı hissi yoxdur. Almatılı kişi övladlarına enerji içkiləri, cips və qazlı içkilər almağa qadağa qoyur.
Ayaz