HADİSƏ
Məşhur ticarət mərkəzində YANĞIN - İnsanlar təcili təxliyə edildi (VİDEO)
İstanbulun Levent səmtində yerləşən “Metrocity” ticarət mərkəzində yanğın baş verib.
32gun.az-ın məlumatına görə, bu barədə Şişli rayon icra baçısı Əhməd Qazi Kaya bildirib.
O, ticarət mərkəzindəki bütün insanların təxliyə edildiyini, hadisə nəticəsində ölən və yaralananların olmadığını söyləyib.

Yanğın baş verən əraziyə yanğınsöndürənlər cəlb edilib. Alovun ticarət mərkəzinin içərisinə doğru sıçramaması üçün yanğınsöndürənlər tərəfindən təcili müdaxiləyə başlanıldığı bildirilib. Yanğının səbəbi hələlik məlum deyil.
Nurlan Şiraliyev