HADİSƏ

8 polisin yaralanmasına səbəb olan partlayışı bu şəxs törədib - 18 illik QİSAS

Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb. Hadisə polis maşınının yük avtomobilinin yanından keçdiyi zaman baş verib. Partlayış nəticəsində 1 mülki vətəndaş və 8 polis əməkdaşı yaralanıb.

32gun.az xəbər verir ki, partlayışı həyata keçirən şəxsin kimliyi bəlli olub. Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

"Bombanı yerləşdirən və yük maşınını buraya gətirən şəxslər saxlanılıb. Dindirilmə zamanı baş verənləri etiraf etdilər. Onlardan biri 2004-cü ildə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən terrorçunun qardaşıdır. Partlayış əvvəlcədən planlaşdırılıb. Və yük maşını icarəyə götürülüb" - deyə, nazir sözlərinə davam edib.

Partlayışı edən şəxslərdən birinin qardaşının terror təşkilatı üzvü olduğu və uzun müddət əvvəl zərərsizləşdirildiyi müəyyən edilib. Hazırda hadisə ilə bağlı 5 nəfərin saxlanıldığı bildirilir.

Yaralılarla bağlı son məlumatı Diyarbəkir valisi Əli İhsan Su açıqlayıb: "Yaralılardan 7-si evə buraxılıb, 2-si nəzarət məqsədilə xəstəxanadadır".

Nurlan Şiraliyev

Oxşar Xəbərlər