HADİSƏ
Bakıda məşhur restoran yanır
Günün birinci yarısında FHN-in 112 qaynar xəttinə "Naxçıvan" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğından mühafizə qüvvələri dərhal hadisə yrinə cəlb olunub. İlkin məlumata görə, restoranın tüstü bacasında yağ qalıqları yanıb. FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətə söndürülüb.
***
Bakının Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranında yanğın başlayıb.
32gun.az yeniavaz.com-a istinadən xəbər verir ki, restoranda möhkəm tüstülənmə başlayıb. Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub.