HADİSƏ

Məşhur aktyorun teatrında yanğın baş verdi - FOTO/VİDEO

Türkiyəli aktyor Ali Poyrazoğluna məxsus teatrın anbarında yanğın baş verib.

32gun.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib.

"Çox  üzülürəm, yanğın hər şeyi apardı. Xatirələr və alqışlar bizə qaldı.. Durmaq olmaz, sabah yenidən başlayırıq" - deyə, o, qeyd edib.

Yanğın qısa zamanda yaxınlığdakı digər binalara da keçib. Teatrın dekorasiyaları və kuklalarının yerləşdiyi anbar külə dönüb.

Nurlan Şiraliyev

Oyuncu Ali Poyrazoğlu'nun tiyatrosunda yangın çıktı

Oxşar Xəbərlər