HADİSƏ
Almaniyada vəfat edən Türkiyə vətəndaşının cəsədi yandırıldı - FOTO
Almaniyanın Hannover şəhərində dünyasını dəyişən Türkiyə vətəndaşı Əbdülkadir Sargının cəsədinin yandırıldığı ortaya çıxıb.
32gun.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Sargın dekabrın 14-də Hannover MHH Xəstəxanasının Təcili Xidmət bölməsində dünyasını dəyişib.
İstintaqda Sargının cəsədinin bir alman cənazəsinə qarışdığı və cəsədin səhvən yandırıldığı bəlli olub.
Baş verənlərlə bağlı ailənin məhkəməyə müraciət edəcəyi bildirilib.
Nurlan Şiraliyev