DÜNYA
Millət vəkilindən QƏRİBƏ ETİRAZ - Bir qutu meyvəni deputatların gözü qarşısında... (VİDEO)
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri davam edərkən, CHP Muğla millət vəkili Burak Erbay portağal istehsalçılarının problemlərindən söhbət açıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, fermerlərin yaşadığı problemləri dilə gətirən Erbay çıxışından sonra özü ilə gətirdiyi portağalları kürsüdən yerə boşaldıb.
Millət vəkilinin bu hərəkətindən sonra onun danışdığı mikrofonun səsi alınıb.
Nurlan Şiraliyev