HADİSƏ
38 yaşlı kişi özünü videoya çəkərək intihar edib - İntiharın səbəbi hər kəsi şoka salıb + VİDEO
Fransada yaşayan iranlı Məhəmməd Moradi adlı şəxs video çəkərək intihar edib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, o, intihar etməsinin səbəbi kimi, ölkəsində baş verən hadisələrə dünyanın səssiz qalmasını göstərib.
“Sivil bir ölkədə yaşasam da, iranlıların başına gələnlərə gözümü yuma bilmirəm, ölməyi üstün tuturam. Ümid edirəm ki, mənim vəfatımdan sonra ölkəm və media İrana diqqət göstərəcək” - deyə, Moradi qeyd edib.
38 yaşlı Moradi çəkdiyi videodan sonra Fransanın Ron çayına atılaraq intihar edib.
Nurlan Şiraliyev