HADİSƏ
3 gün əvvəl itkin düşən şəxslərin meyiti TAPILDI
3 gün əvvəl itkin düşdüyü bildirilən Ömer Yüksel və Hayrullah Çətin ölü tapılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yozgat bölgəsində mal-qara satışı ilə məşğul olan şəxslərin cəsədi yol kənarında park edilən avtomobilin arxasından tapılıb.
Hər iki şəxsin ov tüfəngi ilə qətlə yetirildiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Nilay