HADİSƏ
Təyyarədə yanğın baş verib - Sərnişinlər təxliyə edilib (VİDEO)
"Ural Hava Yolları"na məxsus təyyarənin göyərtəsində yanğın baş verib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, yanğın Domodedovo hava limanında olub.
İnsident təyyarənin Kalininqrada uçmasından əvvəl baş tutub. Yanğın qısa zaman ərzində lokallaşdırılıb. Daha sonra Moskva-Kalininqrad reysinin sərnişinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın sərnişinlərdən birinə məxsus portativ şarj cihazının alışmasından sonra baş verib.
Aviaşirkət hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Nurlan Şiraliyev