Putin Netanyahuya məktub GÖNDƏRDİ
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb.
32gun.az xəbər verir ki, məktub Kremlin saytında dərc olunub.
Rusiya lideri İsrailin baş nazirinə dövlət fəaliyyətində uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıb.
"İsrail Dövlətinin Baş naziri vəzifəsinə gəlməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Rusiya ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şəxsi uzunmüddətli töhfənizi yüksək qiymətləndirir. Ümidvaram ki, Sizin rəhbərliyinizlə yeni hökumət xalqlarımızın mənafeyi naminə, Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin edilməsi maraqları naminə bütün sahələrdə konstruktiv Rusiya-İsrail əməkdaşlığının inkişaf xəttini davam etdirəcək” - deyə, məktubda qeyd olunur.
Qeyd edək ki, Netanyahu bundan əvvəl 1996-1999 və 2009-2021-ci illərdə baş nazir olub.
Nurlan Şiraliyev