DÜNYA
Putin vəfat edən Xalq artisti ilə bağlı bunları dedi
Rusiya prezidenti Vladimir Putin 86 yaşında vəfat edən bəstəkar Eduard Artemyevin ailəsinə və yaxınlarına başsağlığı verib.
32gun.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Bəstəkar Artemyevin musiqisi bütöv bir tarixi dövrün simvoluna çevrilib" - Putin qeyd edib. "Eduard Artemiyevin heyrətamiz, səmimi və ürəkaçan melodiyaları həmişə bizimlə qalacaq" - deyə, Rusiya lideri sözlərinə davam edib.
Bildirək ki, bəstəkarla vidalaşma tarixi və yeri daha sonra açıqlanacaq.
Qeyd edək ki, Rusiyanın Xalq artisti bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Nurlan Şiraliyev
