DÜNYA

Üç azyaşlı qardaşı yarasa dişləyib - Biri ölüb, digərlərinin vəziyyəti ağırdır

Meksikanın Palo de Lima kəndində bədbəxt hadisə baş verib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, kənddə yaşayan 3 azyaşlı qardaşı yarasa dişləyib. Ölkənin səhiyyə nazirliyindən verilən məlumata görə, qardaşlar dərhal xəstəxanaya yerləşdirilib.

Azyaşlılardan biri bütün müdaxilələrə rəğmən həyatını itirib. Digər iki qardaşın müalicəsinin davam etdirildiyi, lakin 8 yaşlı uşağın vəziyyətinin ağır olduğu və mexaniki süni nəfəs aparatına qoşulduğu bildirilib.

Uşaqlara dəqiq diaqnozun qoyulması üçün laboratoriya nəticələrinin gözlənildiyini bildirilir.

Ömər

Oxşar Xəbərlər