DÜNYA
12 il sonra evinə zəng etdi - Ailəsi onu uzun müddət öldü bilib (FOTO)
Hazırda 29 yaşında olan və Şotlandiyada yaşayan Nikolas Kertis 2012-ci ildə dünya səyahəti etmək istədiyini deyərək evini tərk edib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, həmin tarixdən sonra o, bir dəfə də olsun ailəsi ilə əlaqə saxlamayıb.
Ailə üzvləri də oğlunun onlarla uzun müddət əlaqə saxlamadığını görüb ümidlərini kəsiblər.
Anası Coys Kertis ailəliklə oğullarının artıq öldüyünü düşündüklərini bildirib. Lakin 12 ildən sonra ev telefonuna gəkən zəng hər kəsi təəccübləndirib.
12 il sonra evinə zəng edən Nikolas Kertis ailəsinə sağ olduğunu xəbər verib. Oğlunun ölmədiyini öyrənən ana Coys Kertis xəbəri aldıqdan sonra saatlarla ağlayıb.
Nilay