DÜNYA

MDU-nun dosenti həbs edildi

Siyasətçi və Moskva Dövlət Universitetinin dosenti Mixail Lobanov 15 sutka həbs edilib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, M.Lobanov "polis əməkdaşlarına itaətsizlik" maddəsi ilə saxlanılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları dekabrın 29-da siyasətçinin yaşadığı mənzilə baxış keçirib.

Bildirək ki, Lobanovun saxlanılma səbəbi kimi, onun Rusiya ordusu haqqında saxtakarlıqlara görə qiyabi həbs edilən keçmiş Dövlət Dumasının deputatı İlya Ponomarevlə əlaqəsi olduğu göstərilib.

Nilay

Oxşar Xəbərlər