DÜNYA

İmamoğlu vəzifəsindən azad ediləcək - Onu bu şəxs əvəz edəcək (İDDİA)

Əkrəm İmamoğlunun 2023-cü ilin ilk günlərində vəzifəsindən azad ediləcəyi iddia olunub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yayılan xəbərlərə görə, Üsküdar bələdiyyə sədri Hilmi Türkmenin İmamoğlunu əvəzləyəcəyi bildirilir.

Bildirək ki, Daxili işlər nazirliyi tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı terrorla bağlı araşdırma başladılıb.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Yüksək Seçki Komissiyası (YSK) üzvlərini təhqir etmək ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, İmamoğlunun hökmündə hesablama xətası olduğu və bu səbəbdən əlavə 5 gün həbs cəzasının təyin edilməsinin prosedura və qanuna zidd olduğu bildirilərək,  Apellyasiya məhkəməsinə müraciət edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər