DÜNYA

Yeni dünyaya gələn övladının üzünü ilk dəfə görən ana həkimin yanına qaçdı

İngiltərənin Qərbi Yorkşir əyalətində yaşayan Hannah Doyle adlı 36 yaşlı qadın körpəsini dünyaya gətirdikdən qısa müddət sonra ilk dəfə uşağın üzünü görüb.

32gun.az xarici K7V-ə istinadən bildirir ki, uşağın üzündə və gözlərindəki şişlik qadını vahiməyə salıb.

Körpəsinin ona və ya həyat uoldaşına oxşamadığını iddia edən Hannah Doyl bu vəziyyətlə bağlı həkimdən məlumat almaq istəyib. Həkim isə, apardıqları analizlər nəticəsində uşaqda "Xromosom Delesiya Sindromu" adlı pozğunluq aşkar etdiklərini bildirib.

Həkimlər bildiriblər ki, bu uşaqlarda əqli qüsur və skelet qüsurları ola bilər. Hannah Doyl isə xəstəliyi öyrəndikdən sonra övladı üçün maarifləndirmə fəaliyyətlərinə başlayıb.

Nilufər

Oxşar Xəbərlər