HADİSƏ
Binada baş verən partlayışda həyatını itirən şəxs görün kim imiş - Foto
Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayışda həyatını itirən şəxsin kimliyi məlum olub.
32gun.az-ın məlumatına görə, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.
Sosial şəbəkələrdə mərhumun fotosu yayılıb. Həmin fotonu təqdim edirik.