HADİSƏ
Balkondan yıxılan qadın öldü - Ailələr xəstəxanada dava saldı (VİDEO)
Bursada Kader A. adlı qadın yaşadığı evin balkonundan yıxılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilkin müdaxilədən sonra qadın təcili xəstəxanaya aparılıb.
Daha sonra qadının ailəsi ilə həyat yoldaşının qohumları arasında xəstəxanada mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Tərəflər bir-birinə çubuqla hücum edib. Yaranan mübahisəyə polis tərəfindən müdaxilə olunub. Qohumların davası zamanı balkondan yıxılan qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Dava anı xəstəxanadakı vətəndaş tərəfindən lentə alınıb.
Nurlan Şiraliyev