DÜNYA

Ruslan Xasbulatov vəfat etdi - Burada dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) Ali Şurasının sədri Ruslan Xasbulatov vəfat edib. 

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Qroznıda mərhumla vida mərasimi keçirilib. O, yanvarın 3-də 80 yaşında vəfat edib.

Bildirək ki, Xasbulatov Qroznı rayonunun Tolstoy-Yurt kəndindən dəfn olunacaq. 

Xatırladaq ki, Rusiyanın siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan Xasbulatov Rusiya Federasiyası Ali Sovetinin sonuncu sədri olub.

Qeyd edək ki,  Ruslan Xasbulatovun ölüm səbəbi barədə məlumat verilməyib.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər