DÜNYA
Ərdoğanla Putin telefonla danışdı - Bunlar müzakirə edildi
Türkiyə prezidenti Ərdoğanla rusiyalı həmkarı Putin arasında telefon danışığı olub.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq mövzusu qaldırılıb. Tərəflər qaz qovşağının qısa müddətdə yaradılması barədə müzakirə aparıb. Eyni zamanda Ukrayna və Suriyadakı vəziyyət də müzakirə edilib.
Nurlan Şiraliyev