DÜNYA

Ərdoğanla Zelenski Ukraynadakı vəziyyəti müzakirə ETDİ

Türkiyə prezidenti Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti məlumat verib.

"Biz bu gün cənab Zelenski ilə söhbət etməyi planlaşdırırıq. Biz Ukraynadakı vəziyyəti müzakirə edəcəyik və vəziyyəti yumşaltmağın yollarını təklif edəcəyik. Biz “taxıl dəhlizi”ni də müzakirə edəcəyik” – deyə, Ərdoğan bildirib.

Bildirək ki, liderlər Ukraynadakı vəziyyətin nizamlanması imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 5-də Türkiyə prezidenti Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında da telefon danışığı olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər