İki gəlininə təcavüz edən qaynatanın açıqlaması hər kəsi ŞOKA SALDI
Bursa da iki gəlininə cinsi təcavüz etdiyi iddiası ilə saxlanılan Osman L. 54 il müddətinə azadlıqdan məhrum edilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, prosesin prokuroru isə “gəlinlərin razılığı var” deyərək səs çoxluğu ilə qərara etiraz edib.
Saxlanılan qaynata isə bu ifadəni verib:
"Xəstə olan həyat yoldaşım mənimlə yaxınlıq etmək istəyəndə yanıma gəlirdi. Qaranlıqda yatdığım üçün bir gecə yatmağa gələn biri ilə münasibət qurdum. Həyat yoldaşım olmadığını anlayanda onun kim olduğunu soruşdüm. Gəlinim E.L olduğunu bildirdi. Bu münasibət onun təkidi ilə 3-4 dəfə olub. Digər gəlinimə bu münasibəti deyəndə dedi ki, "ata, məni bu işə qarışdırma".
Həyat yoldaşım öləndən sonra dedim ki, evdən çıxacam, E.L övladının atasının mən olduğumu söylədi. Etdiyim səhvi düzəltməyə çalışdım, amma daha da səhv etdim. Bunlar gəlinim E.L-nin təkidi ilə baş verib”.
Bildirilir ki, Osmanqazi rayonuna baş verən hadisədə 30 yaşlı E.L. və eltisi L.L. eyni binada yaşadıqları qayınatası Osman L.-nin təcavüzünə məriz qaldığını iddia edib. Onlara hədə-qorxu gələrək cinsi təcavüz etdiyini iddia edərək Bursa Respublika Prokurorluğuna şikayət edib.
Nilufər