DÜNYA

ABŞ polisi Trampı məhkəməyə VERDİ

2021-ci ilin yanvarında Kapitoliyada baş verən iğtişaşlar zamanı həlak olan polis məmuru Brayan Siknikin şəriki Sandra Qarza ABŞ-ın keçmiş prezidenti Donald Trampı və digər iki etirazçı Culian Hater və Corc Taniosu məhkəməyə verib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Qarzanın sözlərinə görə, polisin ölümündə Tramp və iki etirazçı məsuliyyət daşıyır.

Məhkəmədə deyildiyi kimi, təqsirləndirilən şəxslərin hərəkətləri yanvarın 7-də baş verən hücumdan bir gün sonra Brayan Sikninin ölümünə səbəb olan klinik vəziyyətə gətirib çıxarıb. Yanvarın 6-da o, iki dəfə infarkt keçirib, bundan sonra xəstəxanada dünyasını dəyişib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər