DÜNYA

Ərdoğanın sözçüsü Ukraynada vəziyyətin kəskinləşəcəyini SÖYLƏDİ

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın yaxın aylarda Ukraynada münaqişənin kəskinləşəcəyini proqnozlaşdırıb.

32gun.az xəbər verir ki, İ.Kalın bu barədə "Twitter" hesabında paylaşım edib.

"Rusiya-Ukrayna müharibəsi yaxın aylarda şiddətlənəcək. Bu, daha çox ölüm, dağıntı və uzunmüddətli dərin böhran deməkdir" - deyə, o, qeyd edib.

Prezidentin nümayəndəsinin sözlərinə görə, "Ankara Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin bərpası üçün intensiv səylərini davam etdirəcək".

Nurlan Şiraliyev

Oxşar Xəbərlər