DÜNYA
Ukrayna ordusu dünyanın ən güclü orduları sırasında - Görün neçənci yerdədir
Ukrayna Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yeddi pillə irəliləyərək, 15-ci yerdə qərarlaşıb.
32gun.az xəbər verir ki, bu barədə “Global Firepower” portalı məlumat yayıb.
Beləliklə, Ukrayna ordusu Polşa, İsrail və Avstraliya Silahlı Qüvvələrini geridə buraxıb. Bildirək ki, bir il əvvəl Ukrayna Silahlı Qüvvələri bu reytinqdə 22-ci yerdə qərarlaşmışdı.
Qeyd edək ki, Rusiya bu reytinqdə ikinci yeri qoruyub. ABŞ Ordusu lider mövqedə, Çin Silahlı Qüvvələri isə üçüncü yerdədir.
Nurlan Şiraliyev