DÜNYA
Hava limanında qəribə olay! Eniş edən təyyarə... (VİDEO)
Ötən gün Münhen reysini həyata keçirən Pegasus Hava Yollarına məxsus sərnişin təyyarəsi İstanbul Sabiha Gökçen hava limanına enişi zamanı eniş zolağına daxil olan dovşanı əzib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu zaman eniş etməyə hazırlaşan iki sərnişin təyyarəsinə icazə verilməyib.
Təyyarənin pilotu “altımızdan bir dovşan keçdi” deyərək vəziyyəti qülləyə çatdırarkən, pilotla nəzarətçi arasındakı həmin anlar radio danışığında öz əksini tapıb.
Ekipajların 4 dəqiqə ərzində hadisə yerinə getməsi və təyyarənin əzdiyi dovşanın uçuş-enmə zolağından çıxarılmasının ardınca digər təyyarələr Sabiha Gökçen hava limanına eniş edib.
Nurlan Şiraliyev