HADİSƏ
Silahlı qadın polislə ATIŞDI - Güllələndi
Rus qadın polislə atışıb.
32gun.az Lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 6-na keçən gecə Murmansk şəhəri, Kolski prospektində baş verib.
Əlində silahla gəzən rus qadın polislərin diqqətini çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona tərəf gələrək, silahını atmağı əmr ediblər. Lakin qadın cavab olaraq atəş açıb.
Qadın cavab atəşi ilə yaralanıb. Onun hazırkı vəziyyəti barədə məlumat verilmir.