DÜNYA
Şahzadə Harri 25 nəfəri ödürdüyünü ETİRAF ETDİ
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Şahzadə Harri yanvarın 10-da satışa çıxarılacaq “Ehtiyat” (Spare) adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanla bağlı diqqətçəkən açıqlamalar verib.
32gun.az xəbır verir ki, Şahzadə Harri, münaqişənin səs-küy və qarışıqlığında öldürdüyü 25 üsyançını "pis adamların yaxşıları öldürmədən məhv edildiyi" kimi gördüyünü qeyd edib. Həmçinin, kimisə insan kimi görsəniz öldürməyin mümkün olmadığını qeyd edən Şahzadə Harri "onları "başqası" olaraq görmək üçün orduda xüsusi təlim gördüyünü də qeyd edib. .
Şahzadə buna görə utanmadığını bildirib.
Nilufər