DÜNYA

İranda Türkiyə vətəndaşları qəzaya düşüb: 4 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Vandan İrana alış-veriş edən Türkiyə vətəndaşları Kapıköy Sərhəd Qapısı yaxınlığında qəza törədib.

32gun.az Türkiyə KİV-nə istonadən bildirir ki, qəzada 3-ü türk olmaqla 4 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Bildirirlir ki, Van şəhərindən olan  Mizbah Hükerek, Mahmut Hükerek, İrfan Akgül və Serhat Hükerek adlı şəxslər İranın Razi şəhərinə alış-veriş etmək üçün gediblər. Alış-veriş edənlər Türkiyəyə qayıdarkən Kapıköy Sərhəd Qapısı yaxınlığında İran nömrəli yük maşını ilə toqquşub.

Meydana gələn yol qəzasında, Mizbah Hükerek, Mahmut Hükerek, İrfan Akgül və adı bilinməyən iranlı sürücü hadisə yerində həyatını itirərkən, Serhat Hükerek də ağır yaralanıb.

Ölənlərdən ikisinin qardaş olduğu və cənazələrin bazar ertəsi Türkiyəyə göndəriləcəyi bildirilib.

Nilufər

Oxşar Xəbərlər