HADİSƏ

Üç rayonda 35 qəza

Son iki gündə qarlı hava şəraiti ilə bağlı şimal bölgəsindəki üç rayonda 69 avtomobilə ziyan dəyib.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 32gun.az-a məlumat verilib.

Belə ki, 7-8 yanvar tarixlərində:

Qusarda 7 nəqliyyat hadisəsi olub, 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib

Xaçmazda 13 nəqliyyat hadisəsi olub, 1 nəfər yüngül xəsarət alıb,  26 avtomobilə zərər dəyib

Qubada 15 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb,  27 avtomobilə zərər dəyib.

Oxşar Xəbərlər