DÜNYA

Hulusi Akardan sərt açıqlama: "...imkan verməyəcəyik"

"Türkiyə Yunanıstana Egey dənizindəki mövcud ərazi sularının sərhədlərini genişləndirməyə imkan verməyəcək".

32gun.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşündə deyib.

Yunanıstanın Krit adasının yaxınlığında dəniz sərhədlərini dəyişdirmək planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Akar, "Biz ərazi sularının indiki 6 mildən 12 milə qədər genişlənməsinə icazə verməyəcəyik" - deyə, vurğulayıb.

Hulusi Akar Yunanıstanın Ankara ilə bağlı ittihamlarını rədd edərək, "Türkiyə Yunanıstan da daxil olmaqla heç kimi təhdid etməyib və təhdid etmir. Türkiyə güclü, etibarlı NATO müttəfiqidir və bunu hamının bilməsini istəyirik" - deyə, bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər