DÜNYA

Əməliyyat! Rusiya vətəndaşı saxlanıldı

Rusiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Ukrayna ərazisinə getməyə cəhd edən Rusiya vətəndaşı barəsində cinayət işi başlanıb.

32gun.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Məlumatda bildirilir ki, şübhəli şəxs dəfələrlə Belarus ərazisindən keçərək Ukrayna ərazisinə getməyə cəhd edib.

Həmin şəxsə qarşı "dövlətə xəyanətə cəhd" maddəsi ilə cinayət işi başlanıb. Onu 500 min rubla qədər cərimə ilə 12 ildən 20 ilədək həbs cəzası gözləyir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər