DÜNYA

Lavrov vəzifəyə yeni təyin edilmiş çinli həmkarını Rusiyaya dəvət etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Qin Qanqı Rusiyaya səfərə dəvət edib.

32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Belə ki, söhbət telefon danışığı zamanı baş tutub. Həmçinin, tərəflər söhbət zamanı qlobal gündəmdəki məsələləri və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Lavrov Qin Qanqı Çin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.

Qeyd edək ki, Qin Qanq ölkənin xarici işlər naziri vəzifəsinə yeni təyin edilib. O, bu təyinata qədər Çinin ABŞ-dakı səfiri vəzifəsini daşıyıb.

Nurlan Şiraliyev

Müharibədə qaliblər olmur” deyən diplomat nazir təyin edildi: Çin ABŞ-la  bağlı bunları planlaşdırır - GlobalInfo.az

Oxşar Xəbərlər