Putin təltif edildi - Avropa İttifaqı buna qarşı çıxdı
Avropa İttifaqı Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikasının Rusiya prezidenti Vladimir Putinə orden təqdim etmək qərarını kəskin tənqid edib.
32gun.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.
"Bütün dünya Vladimir Putinin kim olduğunu bilir və Avropa İttifaqı RS-nin ona medal vermək qərarını pisləyir. Bu, hər kəsə aydın olmalıdır və Serb Respublikası hakimiyyətinin bu qərarı uğursuz və səhvdir" - Stano əlavə edib.
Mətbuat katibi vurğulayıb ki, Dodik Putini mükafatlandırmağa və qəbuledilməz addımlar atmağa davam edərsə, Aİ ona qarşı əlavə tədbirlər görəcək.
Qeyd edək ki, Bosniya serblərinin lideri Milorad Dudik Rusiya prezidenti Vladimir Putini ən qiymətli fəxri medal - "Şərəf" medalı ilə təltif edib.
Nurlan Şiraliyev