DÜNYA
Ərdoğan naziri PƏRT ETDİ: "Səndən pul çıxmayacaq, narahat olma"
Türkiyə Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısına keçən prezident Ərdoğan avtomobil sahiblərini yaxından maraqlandıran bir xəbər verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı 2023-cü ildə körpü və magistral yol haqlarında artım olmayacağını bildirib.
Bu açıqlamadan sonra xəzinə və maliyyə naziri Nurəddin Nəbati ilə göz təması quran prezident Ərdoğanın “Nurəddin səndən pul çıxamayacaq, rahat ol” deməsi diqqət çəkib. Nazir Nəbati Ərdoğanın bu sözlərinə təbəssümlə cavab verib.
Nilufər