HADİSƏ
Bakı metrosunda ölən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB
Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, həmin şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.
*** 09:54
"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
32gun.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib", - deyə qurum rəsmisi qeyd edib.