DÜNYA
Rusiya, Türkiyə və Suriyanın XİN rəhbərləri nə vaxt görüşəcək?
"Rusiya, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı dəqiqləşdirilir".
32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Belə bir görüş olacaq. Hələlik tarixlər dəqiqləşməyib. Biz hər şeyi dəqiqləşdiririk, lakin bu görüş, qətiliklə yanvarın 11-i deyil” - deyə, qeyd olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti, "Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri çərşənbə günü, yanvarın 11-də Moskvada görüşə bilər" - deyə məlumat yaymışdı.
Nurlan Şiraliyev