DÜNYA
"Ermənistan Rusiya ilə ultimatum dili ilə..." - Paşinyan
"Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı Rusiya Federasiyası ilə ultimatum dili ilə danışmaq fikrində deyil".
32gun.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dili ilə danışmalıyıq. Bu məsələ ilə bağlı deməli olduğumuz hər şeyi biz dəfələrlə bəyan etmişik və ümumilikdə əlavə ediləcək heç nə yoxdur" - Paşinyan əlavə edib.
Eyni zamanda baş nazir, "Rusiya Federasiyasının sülhməramlı kontingenti Laçın dəhlizinin fəaliyyətini təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb" - deyərək sözlərinə davam edib.
Nurlan Şiraliyev