Saakaşvilinin fəaliyyəti ilə bağlı daha bir İDDİA: Prokurorluğa müraciət edildi
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin 2008-ci ildəki fəaliyyətinin araşdırılması tələb edilib.
32gun.az xəbər verir ki, bu tələblə Gürcüstanın Kvemo Kartli vilayətinin keçmiş qubernatoru Levan Mamaladze çıxış edib. O, bu barədə Gürcüstan prokurorluğuna müraciət edərək, Mixail Saakaşvilinin 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı münaqişədə rolunun araşdırılmasını tələb edib.
Keçmiş qubernator hesab edir ki, 2008-ci ildə Saakaşvilinin keçmiş rəhbərliyi Gürcüstana qarşı bir sıra cinayət əməlləri törədib, xüsusən də konstitusiyaya zidd sazişlərin bağlanması və ya konstitusiyaya zidd danışıqların aparılması ilə Gürcüstanın müdafiə qabiliyyətinə qəsd edib.
Bildirək ki, bu, Saakaşvilinin əməllərinin araşdırılması ilə bağlı prokurorluğun aldığı ilk rəsmi bəyanatdır.
Nurlan Şiraliyev