DÜNYA

Paytaxtda 6 uşağa təcavüz edən kişinin əməlini ögey qızı üzə çıxardı - 10 il...

Türkiyənin paytaxtı Ankarada 6 uşağı cinsi istismar edən şəxslə bağlı hökm elan edilib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yılmaz Kuyugöz adlı şəxs, uşaqlara qarşı cinsi zorakılıq, hədə-qorxu, azadlıqdan məhrum etmə maddələri ilə 260 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, 6 uşağın zorakılığa məruz qaldığı hadisə, zərərçəkənlərdən H.D.-nin şikayəti ilə üzə çıxıb.

Belə ki, o 2020-ci ildə ögey atasının ona 10 ilə yaxın zorakılıq etdiyi barədə polisə müraciət edib.

Prokurorluğun apardığı istintaq çərçivəsində şübhəli şəxsin evində aparılan axtarışlar zamanı ələ keçirilən CD-lərdə zərərçəkmişlərə qarşı zorakılıq görüntüləri üzə çıxıb.

400 ilə qədər həbs cəzası ilə mühakimə olunan müttəhim Yılmaz Kuyugöz fayldakı görüntülərdə narkotikin təsirində olduğunu bildirərək, günahsız olduğunu söyləyib. Həmçinin, ona bu işdə köməklik göstərən Arifə Pulat adlı şəxs barəsində 9 il azadlıqdan məhrum edilmə cəzası təyin edilib.

Nilay

Oxşar Xəbərlər